Menu
Geri İrəli

Mənzillərin qiyməti necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2015 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur
ipotekaAzərbaycanda dolların kəskin bahalaşması mənzil bazarına da təsirini göstərəcək.
Bu barədə fins.az-a «Value&Sources» consulting company şirkətinin icraçı direktoru Rəşad Əliyev bildirib. Ekspertin baş verənlərlə bağlı şərhində bildirilir: «Bu təsirin bazara təsiri çoxpilləli olacaq. Bura cari təsir, qısamüddətli təsir (gələcək 2 ay müddətə) və üzunmüddətli təsirlər daxildir.
Cari təsir…
Cari təsir bazarın “şok” vəziyyətə düşməsidir. Belə şəraitdə alıcılar və satıcılar çaşqınkıq vəziyyətinə düşür. Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və “behləşmə” aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satıcıların hərəkəti isə müxtəlif olacaq.
Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq (manatla satılan əmlaklar), bir hissəsinin ki isə olduğu kimi qalacaq (əsasən dollarla satılan və qismən manatla satılanlar).
Qısamüddətli təsir…
Bu müddətdə qiymətlər yeni tarazlıq səviyyəsini tapmağa çalışacaq. Bu müddət ərzində qiymətlər oturuşmayana kimi bazarda mövcud qiymət dəyişiklikləri məntiqdən kənar olacaq. Buna görədə həmin qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz.
Uzunmüddətli təsir…
Uzunmüddətli təsir isə bazar təsir edən amillərdən asılı olacaq. Bura bir nemə amillər daxildir: makroiqtisadi şərait, ipoteka kreditləşməsinin səviyyəsi, bank sektorunun vəziyyəti. Neftin qiymətlərinin təsiri artıq bazardan kənarlaşmağa başlayacaq.
Qiymətlər hansı istiqamətə tuşlanıb…
Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarına məxsus sərbəst kapitalın (depozitlər, “yorğan altındakı vəsaitlər” və s. ) tam əksəriyyəti dollar ifadəsindədir. Bu isə demək dir, vətəndaşlarımız manat ifadəsində kapitalı 40% ətrafında artdı. Bunula yanaşı xarıcdən qələn vəsaitlərində manat ifadəsində artımı olacaq. Bu isə həmin vəsaitlərin bazardakı manat qiymətlərinin artımına təsir edəcək. Manat ifadəsində qiymətlərinə eyni zamanda ipoteka kreditləşməsinin vəziyyəti və bank sektorundakı durum təsir göstərəcək. O ki, qaldı qiymətlərin dollar ifadəsində dəyişməsinə, biz əvvəldə qeyd etmişdik ki, devalvasiya daşınmaz əmlakların dollar ifadəsində qiymətlərini azaldacaq».
Facebook Şərhləndirmə:

Şərhinizi yazın