Menu
Geri İrəli

Mərkəzi Bankın sumqayıtlı müavini işdən niyə çıxıb? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2017 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

xeqaniAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

X. Abdullayev “APA-Economics”ə eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

sumqayitxeber.com Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayevin bioqrafiyasını təqdim edir:

1976-cı ildə anadan olmuşdur.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir.
Əmək fəaliyyətinə 1997-ci ildən Azərbaycan Respublikasının Milli Bankında Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsilə başlamışdır.
2000-ci ilin avqust ayından Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışmışdır.
2005-ci ildən iqtisad elmləri namizədidir.
2008-ci ildə ABŞ-ın George Washington Universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil almışdır.
2008-ci ilin aprel ayından Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
2009-cu ilin iyul ayında Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təsdiq edilmişdir.
2010-cu ilin mart ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2010-cu ilin aprel ayında Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2015-ci ilin aprel ayından Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Ailəlidir. 3 övladı var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın