Menu
Geri İrəli

Milli Məclis bir daha təsdiqlədi: “Həyət evləri” üçün icazə alınmamalıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2014 • Baxış sayı: 1,128 dəfə • 1 şərh
Share Button

tikinti_5.60_bpictures_picture69947Tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib. Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.

Qeyd edək ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Gültəkin ƏLƏSGƏR

Facebook Şərhləndirmə:
Share Button

“Milli Məclis bir daha təsdiqlədi: “Həyət evləri” üçün icazə alınmamalıdır” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Şəhərin Memarlıq İdarəsi daha müxtəlif bəhanələrlə, “şirinlik” adı ilə rüşvət tələb etməyəcək ki? İnanaqmı?
    Hörmətli kasıb-kusub qardaşlar, daha ev və hasar tikintisinə görə heç kəsə rüşvət verməyin! Milli Məclisin qərarına hörmət edək!

Şərhinizi yazın