Menu
Geri İrəli

Nağd kreditlər üzrə faiz dərəcəli endirildi!

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

bfgghfgh

Bank Respublika-nın nağd pul kreditləri daha sərfəli oldu. İndi müxtəlif ehtiyaclar üçün nağd pulu manatla illik 25.9% dərəcəsi ilə kreditə almaq mümkündür. Komissiya haqqı isə 1% endirildi. Kreditin maksimal məbləği 3000 AZN olmaqla 24 ay müddətinə verilir.

Bundan əlavə, müsbət kredit tarixçəsi olan müştərilərə Bank Respublika güzəştli şərtlər təklif edir. Məsələn, loyal müştərilər üçün kreditin maksimal məbləği 5 000 AZN, müddəti isə 36 ayadək ola bilər.

Bank Respublikadan kredit almaq üçün iş yerindən arayış tələb olunmur. Gəlirlər haqqında məlumatın təqdim edilməsi üçün “Elektron arayış” xidmətindən bankın ofisində yararlanmaq olar və ya əməkhaqqı kartından çıxarışın təqdim edilməsi kifayət edir.

Nağd pul kredtinin cəlbedici şərtlərindən biri də bank xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verən “İnternet şöbə” xidmətinə pulsuz qoşulmadır. Bank Respublika-nın “İnternet şöbəsi” kredit qrafikinə nəzarət, onlayn ödənişlər və bir çox bank əməliyyatlarını banka gəlmədən həyata keçirmək imkanı verir.

Əlavə hesablamalar aparmamaq üçün yeni təkliflə bağlı qısa məlumat:

Bütün təkliflər üzrə faktiki illik faiz dərəcəsi 27% təşkil edir, təminat qismində 1 zamin tələb olunur.

Nağd pul kreditini bankın istənilən filialına müraciət edərək almaq və ya rəsmi internet səhifəsindən sifariş etmək olar.

Kreditin şərtləri ilə daha ətraflı məlumat www.bankrespublika.az saytında verilir.

 

 Nağd kreditlər üzrə faiz dərəcəli endirildi!

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın