Menu
Geri İrəli

Naxçıvanlıların bank hesablarının sayı açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

bank hesabı

Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,9% artaraq 1 milyard 299 milyon 120 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,9%-lik artımla 2943 manata çatıb.

Bu dövr ərzində orta aylıq 19 əməkchaqqının məbləği 393,6 manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,4% çoxdur.

Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən oxu.az-a bildirilib.

Bundan əlavə, 2015-ci ilin 9 ayı ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 33 milyon 366 min manat həcmində istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da bir il öncəki göstəricidən 6,4% çoxdur.

Oktyabrın 1-i 2015-ci il tarixinə olan məlumata görə, muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46 356-ya çatıb ki, bunun da 41 817-si və ya 90,2%-i aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 8126 bank hesabının 8072-si və ya 99,3%-i aktiv hesablar olub.

Komitədən qeyd edilib ki, cari ilin ötən dövrü ərzində bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 494 min 700 manat olmaqla bir il öncəki müvafiq göstəricini 135 min 400 manat və ya 3,1% üstələyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın