Menu
Geri İrəli

Nazir Qətər iş adamlarını Sumqayıta investisiya yatırmağa dəvət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2017 • Baxış sayı: 476 dəfə • Şərh yoxdur
Share Button

111İqtisadiyyat naziri Şahin Mustafayev Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

 İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir. Azərbaycanın islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və islam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edən Ş. Mustafayev Azərbaycan prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.

Ş. Mustafayev Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. Ölkələrimiz arasında birbaşa hava uçuşlarının mövcud olması, “ASAN viza”nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib və Qətər şirkətləri fəal əməkdaşlığa dəvət edilib. Qeyd edilib ki, digər sahələrlə yanaşı, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər.

 Qətər iş adamlarının Azərbaycana maraq göstərdiyini qeyd edən səfir əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirib, İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.

 Görüşdə həmçinin, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya fondunun yaradılmasına dair müzakirələr aparılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın