Menu
Geri İrəli

Neft 35 dollara düşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2015 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur

Neft_3Dünya bazarında neftin qiyməti yenidən düşür.

“Rosbalt” xəbər verir ki, səhər saatlarına olan məlumata əsasən, tərkibində Şimal dənizi qarışığı olan Brent markalı bir barel neftin dəyəri 2,59% enərək 46,21 dollara düşüb. WTI markalı yüngül neftin qiyməti isə 1,07% azalaraq 45,58 dollara enib.

Ekspertlər “qara qızıl”ın qiymətinin 35 dollaradək düşəcəyini proqnozlaşdırırlar. Nyu-Yorkda yerləşən “Bank of America”nın nümayəndəsi Blanş Fransisko deyib ki, bu, ən yaxın gələcəkdə baş verəcək. Ona görə ki, neftin dəyərinin düşməsinə reaksiya yavaşıyıb.

Nyu-Yorkda “Societe Generale SA” tədqiqat bölməsinin başçısı Mayk Uitnner bildirib ki, biz bir barelin 40 dollardan aşağı düşməsinə hazırlaşırıq.(anspress.com)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın