Menu
Geri İrəli

Neft Fondu valyuta satışını dayandırıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur

nefttt

Mətbuatın yazdığına görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin daxili açıq bazarında mütəşəkkil valyuta satışı əməliyyatlarını dayandırıb.

«Report»un xəbərinə əsasən, mütəşəkkil valyuta bazarında əsas valyuta satıcısı qismində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu çıxış edir. Azərbaycanda “üzən məzənnə” rejiminə keçməklə əlaqədar Mərkəzi Bank bir qədər əvvəl mütəşəkkil valyuta bazarında «oyunçular»ın sayının artmasının vacib olduğunu bildirib.

Yayılan xəbərlərə aydınlıq gətirən Dövlət Neft Fondu valyuta satışı əməliyyatlarını dayandırmadığını bildirib. Fondun verdiyi açıqlamada deyilir ki, ARDNF-in məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir: «Bildiyiniz kimi, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur. Və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır. Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir».

Fond nəzərə çatdırır ki, bütün əməliyyatlar Azərbaycan Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın