Menu
Geri İrəli

Neft ucuzlaşır, manat bahalaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2016 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur
Neft ucuzlaşır, manat bahalaşır

 Dünya bazarında müxtəlif istiqamətlərdə dalğalanmalardan sonra neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. 

 ANS PRESS-in məlumatına görə, dünya bazarında ötən gün 35.06 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 34.32 dollara düşüb.
“WTI” neftində də cüzi ucuzlaşma müşahidə olunub. Ötən gün 32.49 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də 31.57 dollara geriləyib.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1 dollar bahalaşaraq 35,09 dollar təşkil edib.
“Bloomberg” xəbər verir ki, neftin qiymətinin bahalaşması dolların dəyərdən düşməsi ilə bağlıdır. Nəşrin yazdığına görə, “qara qızılın” bahalaşması ABŞ dollarının digər valyutalara nisbətən kəskin ucuzlaşması fonunda baş verir.
Oktyabr ayından etibarən dollar avro qarşısında maksimum həddə – 1,7% ucuzlaşaraq 1,1105 dollar təşkil edib. Sonuncu dəfə ABŞ valyutası 2009-cu ildə belə kəskin ucuzlaşmışdı.
Əlvan metalın qiymətində isə bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 37,16 dollar olub. Platinin 1 qramı 29.19 dollar, palladiumun 1 qramı isə 16.52 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.47 dollar müəyyənləşib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın