Menu
Geri İrəli

Neft yenidən ucuzlaşmağa başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2015 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur
Dünya birjalarında neftin qiymətlərində yenidən ucuzlaşma müşahidə olunub.
ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin bir barelinin qiyməti ötən gün 38.41 dollara qalxsa da bu gün 37,42 dollara düşüb..
“Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə təxminən 2 dollar ucuzlaşıb. Belə ki, “Texas” (WTI) markalı neftin bareli 35,68 dollara satılır.
“AzəriLayt” markalı neftin qiyməti isə dəyişməz olaraq qalıb. “AzəriLayt” bir barrelinin qiyməti 39,21 dollardır. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.
Əmtəə birjalarında da qiymətlər dəyişib. Qızılın qiyməti 1 qram üçün 34.54 dollar olub. Gümüşün qiymətində də bahalaşma olub. 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar yenidən ucuzlaşıb, avro isə bahalaşıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0495 AZN təşkil edib. 1 avro isə bahalaşaraq 1.1477 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında demək olar ki, dəyişiklik olmayıb. 1 rubl 0.0149 AZN, 1 Türk lirəsi isə 0,3539 AZN olaraq müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
Facebook Şərhləndirmə:

Şərhinizi yazın