Menu
Geri İrəli

Neftin qiyməti 39 dolları keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Neftin qiymətində müşahidə olunan bahalaşma bu ilin maksimum həddinə çatıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti bahalaşaraq  39.20 dollara çatıb.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən həftə sonu səhər 35.92 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 36.46 dollar müəyyən olunub.

Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,31 dollar bahalaşaraq 38,55 dollar təşkil edib.

Dünya bazarında 07.03.16 tarixində neftin qiyməti

Dünya bazarında 07.03.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində də bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 40,78 dollar olub. Platinin 1 qramı 31.59 dollar, palladiumun 1 qramı isə 17.89 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.

Dünya bazarında 07.03.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 07.03.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 04.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,6019 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7536 manat, Rusiya rublu isə bahalaşaraq 0.0219 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2679 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5498 AZN dəyərində müəyyənləşib.

Valyutaların məzənnəsi

Valyutaların məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 07.03.2016-cı il

Facebook Şərhləndirmə:

Şərhinizi yazın