Menu
Geri İrəli

Neftin qiymətində nikbinlik

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2016 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Dünya birjalarında neft həftəyə cüzi ucuzlaşma ilə başlasa da dünən axşamdan qiymətlərdə nikbinlik müşahidə olunur. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında “Brent” markalı neft bir qədər bahalaşaraq 34.60 dollara çatıb.

“WTI” markalı neftin qiymətində isə bahalaşma 1 dollardan bir qədər yuxarı olub. Dünən səhər 29.44 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 30.90 dollar təşkil edir.

Ötən həftə sonu bir barelinin qiyməti 33,14 dollar təşkil edən “AzəriLayt” markalı neftinin qiyməti ötən gün açıqlanmayıb.

Neftin 16.02.2016 tarixə qiyməti

Neftin 16.02.2016 tarixə qiyməti

Əlvan metalların qiymətində də ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı cüzi ucuzlaşaraq 38,84 dollar olub. Platinin 1 qramı 30.15 dollar, palladiumun 1 qramı isə 16.47 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.49 dollar müəyyənləşib.

Əlvan metalın 16.02.2016 tarixə qiyməti

Əlvan metalın 16.02.2016 tarixə qiyməti

AMB-dən verilən məlumata görə, 15.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5711 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7631 manat, Rusiya rublu isə dəyişməz olaraq 0.0201 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2819 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5359 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənəsi

Valyutanın məzənəsi

Mərkəzi Bankdan verilən məlumata görə, 16.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5679 səviyyəsində müəyyən olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın