Menu
Geri İrəli

Neftin və dolların bu günə qiyməti

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2016 • Baxış sayı: 132 dəfə • Şərh yoxdur

Dünya birjalarında həftəyə bahalaşma ilə başlayan neftin qiymətində geriləmə olub. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 40.08 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 39.23 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti ucuzlaşaraq 41,19 dollar təşkil edib.

Dünya bazarında 29.03.16 tarixində neftin qiyməti

Dünya bazarında 29.03.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,32 dollar olub. Platinin 1 qramı 30,42 dollar, palladiumun 1 qramı isə 18,30 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.

Dünya bazarında 29.03.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 29.03.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 28.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5876 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7722 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0233 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2438 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5514 AZN dəyərində müəyyənləşib.

Valyutaların məzənnəsi

Valyutaların məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 29.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5737 səviyyəsində müəyyən olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın