Menu
Geri İrəli

“Novostroyka”dan ev alanda – ƏVVƏLCƏ BUNU SORUŞUN

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 1,033 dəfə • Şərh yoxdur

emlak novostroyka11Tikilməkdə olan binalardan ev alan vətəndaşlar ilk növbədə həmin binanın inşaat sığortası ilə sığortalanması ilə maraqlanmalıdırlar. Bu, onlara tikintinin başa çatmaması ilə bağlı risklərdən qorunmağa imkan verə bilər.
Son vaxtlar Azərbaycanda inşaat sığortasına maraq artıb. Bu barədə fins.az-a “Meqa Sığorta” şirkətinin aktuarisi Emil Ağamalıyev bildirib.

Qeyd edək ki, inşaat sığortası tikinti prosesində baş verən yanğın zəlzələ, təbii fəlakətlər, tikinti zonasında avadanlıqların, nəqliyyat vasitələrinin bu səbəblərdən sıradan çıxması kimi halları əhatə edir. Yəni belə hallar baş verdikdə tikintiyə dəyən zərəri sığorta şirkəti ödəyir.

Eyni zamanda bu sığorta növünə həm də məsuliyyət sığortası – yəni, tikinti prosesinin gedişi zamanı baş verən qəzalarda başqalarına dəyən zərərlər də daxildir. İnşaat sığortası üzrə tariflər 0,15-0,5% arasında dəyişir. Sığorta məbləği kimi isə tikintinin ümumi dəyəri götürülür.

E.Ağamalıyevin sözlərinə görə, son vaxtlar inşaat sığortasına marağın artması hiss olunur. “Əksər hallarda bu, xarici şirkətlərin sifarişi ilə tikilən binalara aid olur, çünki onların sığorta ilə bağlı tələbləri olur, lakin yerli sahibkarlar da getdikcə tikinti sığortası ilə daha çox maraqlanmağa başlayırlar və inşaatı sığortalayırlar”.

İnşaat sığortası ilə sığortalanan binaların arasında yaşayış binaları azdır, binaların əksəriyyəti digər məqsədlərlə tikilənlərdir. Adətən inşaat sığortası müqaviləsi tikintinin başa çatmasına qədər bağlanır. Amma bəzi hallarda tikinti başa çatandan sonra da 1 il sınaq müddəti verilir: “Bu dövrdə binada hər hansı problem yaranarsa, o da sığortanın hesabına aradan qaldırılır”.

İnşaat sığortası təkcə tikinti şirkətləri və sahibkarlar üçün yox, ev və ofis alan vətəndaşları da maaqlandırmalıdır. E.Ağamalıyev bildirir ki, yeni tikilidən mənzil alan vətəndaşlar, mütləq onun sığortalanıb-sığortalanmadığını aydınlaşdırmalıdır: “Çünki, sabah tikilidə hər hansı bir qəza baş versə, onu tikən şirkətin zərəri ödəməyə imkanı olmayacaq. Amma tikilinin sığortası olarsa, sığorta şirkəti tikilinin əvvəlki vəziyyətədək yenidən bərpası və ya təzədən tikilməsi üçün lazım olan vəsaiti ödəyəcək. Nəticədə nə şirkət, nə də müştərilər zərər çəkməyəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın