Menu
Geri İrəli

Onlayn Satış bazarında uğur qazanmaq niyə daha asandır? – TÖVSİYƏLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur
Share Button

Təxminən 90-cı illərdə daha çox reklam və tanıtım şəklində ortaya çıxan elektron ticarət 2000-ci illərdə sürətlə inkişaf edərək ticarət əməliyyatlarının tamamının internet şəbəkəsi üzərindən görülə bildiyi bir mərhələyə gəldi. İnkişafın bu qədər sürətli getməsinin nəticəsi olaraq ənənəvi marketinq anlayışı da dəyişmiş və çox geniş ticarət imkanları ortaya çıxmış oldu. Dünyanın inkişaf etmiş ölkələrində elektron ticarət dövriyyəsi siyahının üst sıralarına çıxarkən, təəssüflər olsun ki, bizim kimi inkişaf etməkdə olan ölkələrdə internetin təqdim etdiyi bu geniş imkanlar o qədər də işə yaramır. Məhz ona görə də bu yazımızda sizlərə faydalı olması ümidi ilə bu mövzunu təhlil etmək istədik.

İnternet çox yüksək potensialı olan, məkansız bir iş yeridir. Fərdi qaydada olduğunuz yerdən gündə bir neçə saat işləyərək müəyyən bir aylıq mənfəət əldə etmək, hətta ciddi məşğul olunsa və düzgün strategiya ilə hərəkət olunsa, çox yüksək gəlir səviyyəsinə də çıxmaq mümkündür.

İnternetdən müxtəlif şəkillərdə mənfəət əldə etmək mümkündür. Misal olaraq;  bir çoxumuzun bildiyi müxtəlif web saytlarda yer kirayələyib və ora başqa müştərilərin reklamlarını yerləşdirərək mənfəət əldə olunan banner reklamçılığını, pop-up reklamçılığını, sosial media reklamçılığını, axtarış motoru (search engine) reklamçılığını və s. göstərmək olar.

Fəqət bu gün xüsusilə üzərində durmaq istədiyim son dövrdə daha çox populyar olan və mənfəət səviyyəsi digər variantlara nisbətən çox yüksək olan Onlayn Satış Ortaqlığı (Affiliate Marketing) sistemidir.

main-1-210112

Onlayn Satış Ortaqlığı sistemi, sadə şəkildə desək, müəyyən məhsul və xidmətlərin satıldığı vebsaytlara ziyarətçilər yönləndirərək, gerçəkləşən satışlardan 10-15 %-dən 60-70 %-ə qədər dəyişən mənfəət komissiyaları almaqdan ibarət olan onlayn marketinq sistemidir. Onlayn Satış Ortaqlığının effektivliyi satdığınız məhsulları ala biləcək və ya ona ehtiyacı olan müştəri kütləsini düzgün müəyyənləşdirib, daha çox onlara xitab etməkdən asılıdır. Yəni satmaq istədiyiniz hər hansı bir məhsulu elektron bir platformada reklam etmək istəyirsinizsə, bu platformaya üzv olan və ya istifadə edən kütlənin sizin satdığınız məhsul ilə nə dərəcədə əlaqədar olduğuna baxmalısınız. Təbii ki, əlaqəsi olmayan sayt və bloqlarda verdiyiniz reklamların gətirişi çox zəif olacaq. Qısacası, bu məsələdə ən isabətli yol Niş Marketinq (Niche Marketing) yaxud Fokuslanmış Marketing (Focused Marketing) metodlarını tətbiq etməkdir.

Onlayn Satış Ortaqlığı sisteminin belə sürətlə populyarlaşmasının səbəbi həm satılan məhsulun istehsalçısına (ana satıcısına), həm də satış ortaqlarına görə çox səmərəli olmasıdır. Malın sahibinə ona görə sərfəlidir ki, hər hansı bir reklam büdcəsi ayırmağa ehtiyac yoxdur, marketin xərcləri çox cüzidir və ya yoxdur, satış ortaqları minlərcə internet istifadəçisinə onun məhsullarını tanıdır və satır.

Satış ortaqlarına ona görə sərfəlidir ki, hər hansı bir mağaza yerini icarəyə götürməyə, anbar tutmağa, vitrinə qoyacağın mallara görə xərcə girməyə ehtiyac yoxdur. Demək olar ki, bütün məsuliyyət mal sahibinə aiddir. Təslimat və nəqliyyat mal sahibi tərəfindən həyata keçirilir. Maliyyətlər çox az olduğu üçün zərər etmə ehtimalınız, demək olar ki, yoxdur. Daha da vacibi, hər hansı bir küçədə açılan marketdən, yaxud bir AVM-də açılan ticarət obyektindən fərqli olaraq lokal bir əraziyə xitab etmirsiniz. Azərbaycan dilində bir platforma qurub ölkəmizə, Rusca bir platforma qurub post sovet respublikalarına, eləcə də İngiliscə bir platforma ilə bütün dünyaya məhsullarınızı sata bilərsiniz. Bu sistem sərhəd tanımayan bir ticarət sistemidir.

Yekun olaraq, Onlayn Satış Ortaqlığı sistemini hər kəsə tövsiyyə edirəm. İnanıram ki, satış strategiyası düzgün qurulsa, gəlir səviyyəsi kifayət qədər yüksək olan bir ticarət növüdür.

Elsevər ALIZADƏ

“Decoluxe” Mebel Şirkətinin rəhbəri

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın