Menu
Geri İrəli

Prezident neftlə bağlı proqnoz verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2016 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

ilham eliyev2“Rəsmi Bakı neftin qiymətinin dəyişməsi ilə bağlı risk görmür. Belə ki, 2017-ci ilin büdcəsi 40 dollardan hesablanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev “Ria Novosti” saytına verdiyi müsahibəsində deyib.

Dövlət başçısı hesab edir ki, 2017-ci ildə neftin qiyməti 40 dollardan aşağı düşməyəcək:

“Biz bu ilin büdcəsini barelli 25 dollar olmaqla hesablamışıq. Bununla da, bu ili profisitlə başa vurduq. Növbəti il 40 dollardan hesablayacağıq. Düşünürük ki, bundan aşağı düşməməlidir. Buna görə də, prinsipcə bizim üçün əlavə çətinliklər yaratmayacaq. Yeganə dövlət investisiya layihələrini azaltmalı olduq”.

Bununla yanaşı, prezident qeyd edib ki, neft bazarı qiymətlərin 60-70 dollara yüksəlməsinə köklənib: “Bu, hər kəs üçün sərfəli olardı”.

İlham Əliyev, eyni zamanda Türkiyə tərəfindən Su-24 rus təyyarəsinin vurulması olayına münasibət bildirib və insidentin xarici qüvvələrin təxribatı ola biləcəyini də istisna etməyib:

“Bu baş verəndə ağlımıza ilk olaraq bunun istisna olmayacağı gəldi. Çünki bu, qəti olaraq Türkiyənin maraqlarında deyildi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın