Menu
Geri İrəli

Problemli kreditlərdən çıxış yolu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2016 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

Ötən ili sonunda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manata çatıb. Bu noyabr ayının sonu ilə müqayisədə 278,9 milyon manat və ya 22,7% çoxdur.

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər ilk dəfə belə bir nisbətdə artıb. Artıma devalvasiya böyük təsir göstərib. Dollardakı ödənməyən kreditlər yeni məzənnə ilə hesablandığından artım yaranır.

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi ötən ilin noyabr ayının sonunda 1 milyard 229,6 milyon manat idi. 2015-ci il dekabrın 31 tarixində kredit təşkilatlarının kredit qoyuluşları 21 milyard 718 milyon manat olub.

Artım əsasən devalvasiyaya görə baş verib. Dekabrda kredit qoyuluşları 2 milyard 973,7 milyon manat və ya 15,7% artıb. Ödəmə vaxtı keçmiş kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisi dekabrda 6,9%-ə şatıb. Bu nisbət noyabrda 6,6% idi.

Bəs, problemli kreditlərin həlli üçün hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov ANS PRESS-ə bildirdi ki, son aylarda qaytarılmayan kreditlərin həcminin artmasının çıxış yolu tərəflərin danışıqlar apararaq ortaq məxrəcə gəlməsindədir.

Onun sözlərinə görə, “Mərkəzi Bank, Maliyyə Nazirliyi və bir neçə bankın təmsilçisi bir araya gələrək bu məsələni çözməlidir.

“Eyni zamanda hökümətdən olan nümayəndə də bu danışıqlarda iştirak etməlidir. Problemli kreditlərin əksəriyyəti sosial yönümlüdür. Danışıqlar aparılıb ortaq məxrəcə gəlinməlidir. Prezidentin çağırışları var ki, məmurlar insanların yanında olmalı, insanların sosial problemlərini həll etməlidir”, – deyə Fikrət Yusifov bildirib.


Fikrət Yusifov – sabiq maliyyə naziri

Ekspertin sözlərinə görə, banklar problemli kreditlərin azalması uğrunda daim iş aparmalıdırlar və bu istiqamətdə son dövrlər ciddi işlər gedir: “Banklar kredit müddətini artıra və ya kredit məbləğini azalda bilər. Bu müştəriyə götürdüyü məbləği ödəməyə kömək edə bilər ki, bu da qaytarılmayan kreditlərin həcminin azlmasına səbəb ola bilər.Maliyyə Nazirliyi istiqraz vərəqələri buraxır. Bunların da böyük köməyi olacaq”.j

Facebook Şərhləndirmə:

Şərhinizi yazın