Menu
Geri İrəli

Rusiya iqtisadi inkişaf naziri Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2014 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

stpRusiya iqtisadi inkişaf naziri Aleksey Ulyakayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qonaqlara STP Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer olması barədə geniş məlumat verilib və bildirilib ki, 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır.

Gələcəkdə Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı 10 min nəfərdən çox olacağı planlaşdırılır.

Sonra qonaqlar STP-nin kabel zavodunda, mis və alüminium çubuqların istehsalı sexində, plastik borular, isti sinkləmə, yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən müəssisələrdə, elektron cihazlar, metal konstruksiya zavodlarında, Dəqiq Emal Mərkəzində olub.

Rusiya nümayəndə heyətinə zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın