Menu
Geri İrəli

Sığorta şirkətindən sərfəli təklif: Sumqayıt şəhərləri daxilində pulsuz çatdırılma

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2014 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

tibbisigorta_1394013120“Atəşgah” sığorta şirkəti və onlayn xidmətlər portalı “Hesab.az” istifadəçiləri üçün növbəti sərfəli təklif hazırlayıb.
Sığorta şirkətindən AzərTAc-a bildiriblər ki, Hesab.az portalında qeydiyyatdan keçmiş hər bir müştəri “Atəşgah”dan müəyyən sığorta məhsulu əldə edərkən məbləğin dəyərinin bir hissəsini qazandığı bonuslar hesabına ödəyə bilər.
Bundan əlavə, portal vasitəsilə icbari və “icbari+” sığortasını birgə sifariş edən hər bir müştəri Hesab.az – dan 20 min bonus hədiyyə qazanacaq.
Hesab.az portalı vasitəsilə müştərilər “Atəşgah”dan icbari avtomobil, “icbari+” və səyahət sığortası əldə edəcəklər. Sığorta şəhadətnaməsi “Atəşgah” şirkəti tərəfindən 24 saat ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılacaq.
Ətraflı məlumatı (012) 940 əlaqə nömrəsindən zəng etməklə əldə etmək olar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın