Menu
Geri İrəli

Sinqapur şirkətləri Sumqayıt Kimya Sənaye Parkında iştiraka dəvət olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2015 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

downloadAzərbaycan Sinqapur şirkətlərini İT və neft kimyası sahələrinə investisiya yatırmağa dəvət edib. Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda keçirilmiş Azərbaycan-Sinqapur biznes-forumunun yekunu üzrə deyib.

O bildirib: “Sinqapur iqtisadiyyatının şaxələndirilməsini nəzərə alsaq, fikrimcə, ölkələr arasında əməkdaşlığın spektri genişdir. İstərdik ki, Sinqapur şirkətləri Azərbaycanın İT, kimya və neft-kimya sahələrində daha çox iştirak etsinlər”.

R.Məmmədov qeyd edib ki, Sinqapur şirkətləri Sumqayıt Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, eləcə də Balaxanı Sənaye Parkında iştiraka dəvət olunublar: “Əməkdaşlığın spektri çox genişdir, özümüzü məhdudlaşdırmaq istəmirik və hazırda əlaqələrimizi hansı sahələrdə inkişaf etdirəcəyimizə baxırıq. Şirkətlərin Azərbaycanda yaradılan parklarda iştirakına gəlincə, xarici sərmayədarlar daha çox tələbat ola biləcək istiqamətləri öyrənir və bunun əsasında qərar qəbul edirlər”.

Onun sözlərinə görə, ölkələr arasında konkret layihələr hələ yoxdur və tərəflər yaxın vaxtlarda əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyi planlaşdırırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın