Menu
Geri İrəli

“Sumqayıt” Elektrik Stansiyasında ötən 4 ayda nə qədər elektrik enerjisi istehsal edilib?

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 347 dəfə • Şərh yoxdur
Elektrik-stansiyasiElektrik enerji sisteminin davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm dövlət proqramları respublikanın digər regionları kimi ikinci sənaye şəhəri olan Sumqayıtda da uğurla həyata keçirilir. Həmçinin ümumi gücü 525 meqavat olan “Sumqayıt” Elektrik Stansiyası da iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu vardır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, stansiya ötən dövrlərdə olduğu kimi, cari ilin 4 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərmiş və 581,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə olunmuşdur.
“Sumqayıt” Elektrik Stansiyası 2009-cu ilin noyabr ayında istismara verilmişdir. Burada hər birinin gücü 164 meqavat olan iki qaz turbini və gücü 189 meqavat olan bir buxar turbini quraşdırılmışdır.
AzərTAc
Facebook Şərhləndirmə:

Şərhinizi yazın