Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

İnvestisiya layihələri hazırlanarkən dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alınıb

Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investisiyaların cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. İnterAz-in İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, SKSP-nin mütəxəssislərinin iştirakı ilə Sənaye Parkında fəaliyyət göstərmək istəyən potensial investorlara dəstək məqsədilə inşaat, lak-boya, şüşə, karton və digər sənaye sahələrini əhatə edən nümunəvi investisiya layihələri hazırlanıb. İnvestisiya layihələri hazırlanarkən dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alınıb.

Qeyd edək ki, investisiya layihələri çərçivəsində istehsal olunacaq məhsullara həm ölkədə, həm də regionda böyük tələbat mövcuddur.

Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir, ikitərəfli danışıqlar aparılır.

sum-kimya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın