Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkında 700 milyon manat investisiya nəzərdə tutulur

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur
Share Button

143687421250648669_1000x669Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”, – deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Biz, eyni zamanda, özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamətdə iş davam etdirilməli, ərzaq məhsulları ilə yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın