Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkının zərəri 10 dəfə artıb

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2017 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

scibİqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 109 107,5 min manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 25,1% çoxdur.

Ötən il şirkətin uzunmüddətli aktivləri 25,1% artaraq 108,29 mln. manat, cari aktivləri isə 31,3% artaraq 818 min manat olub.

Hesabat dövründə Parkın cəmi öhdəlikləri 90,3% azalaraq 2,112 mln. manat olub. Bunun hamısı cari öhdəliklərdir ki, onlar da illik müqayisədə 39% azalıb. Bu müddətli şirkətin cəmi kapitalı isə 63,6% artaraq 106,996 mln. manata çatıb.

2016-cı ildə “Sumqayıt Kimya Sənaye Parkı”nın gəlirləri 413 min manat (2015-ci ilə nisbətən 68,8 dəfə çox), xərcləri isə 20,157 mln. manat (9,9 dəfə çox) təşkil edib. Son nəticədə şirkət ili 19,744 mln. manat xalis zərərlə başa vurub. Bu da illik müqayisədə 9,7 dəfə çoxdur.

Xatırladaq ki, “Sumqayıt Kimya Sənaye Parkı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın