Menu
Geri İrəli

Sumqayıt polipropilen zavodu gələn il istismara veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2017 • Baxış sayı: 557 dəfə • Şərh yoxdur

zavod-neft-qazSumqayıtda polipropilen istehsalı üzrə zavodun tikintisi ilə bağlı işlərin 70,6%-i yerinə yetirilib. “APA-Economics” xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev “Caspian Energy Forum-2017″-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin sonunda zavodda mexaniki işlərin həyata keçirilməsinə başlanılacaq. “Zavod 2018-ci ilin I rübündə istismara veriləcək”, – deyə o bildirib.

B. Beydullayev bildirib ki, ilkin mərhələdə zavodun illik istehsal gücü 180 min ton təşkil edəcək, lakin Qaradağ rayonunda “SOCAR GPC” layihəsinin istismara verilməsindən sonra bu göstərici 300 min tona çatdırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın