Menu
Geri İrəli

Sumqayıt şəhərində «Çörəkçi – 3″ firma mağazasının açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 633 dəfə • 1 şərh

corekciSumqayıt şəhərində «Çörəkçi – 3″ firma mağazasının açılışı olub.

Açılış günü ziyarətçilərə “Çörəkçi” və  “Bismak“brendlərinin məhsulları hədiyyə olunub . Bununla yanaşı bütün məhsullar zavod qiymətinə və endirimlərlə satışa çıxarılıb.

“Çörəkçi – 3″ firma mağazası Sumqayıt şəhəri, Nərimanov pr-ti 2, 5-ci mkr, sahə 10 ünvanında yerləşir. Onu da qeyd edək ki, bu “Çörəkçi” zavodunun Sumqayıt şəhərində açılan sayca üçüncü mağazasıdır.  Mağazalarda  kəpəkli ,çovdarlı və sadə olmaqla ümumilikdə 12 çeşiddə çörək alıçılara təqdim olunur. Bundan başqa “Çörəkçi” mağazasında unlar ,makaron məmulatları və müxtəlif şirniyyat çeşidlərinin satışı da həyata keçirilir.  Mağazalarda bütün məhsullar zavod qiymətinə satılacaq. Buna görə də qiymətlər supermarketlərdəki qiymətlərdən ucuz olacaq. Büdcəsinə qənaət etmək isteyən ailələr üçün bu mağazalar əla imkanlar təqdim edir .

Digər iki mağazanın ünvanı:

Çörəkçi mağazası 1 – Sumqayıt şəhəri, Sülh küçəsi, 76 – cı məhəllə, 10 D;
Çörəkçi mağazası 2 – Sumqayıt şəhəri, Babək küçəsi, 13 – cü mkr, ev – 5.

“Çörəkçi” zavod kompleksi 2013 – cü il oktyabr ayının 3-də Sumqayıt Sənaye zonasında istifadəyə verilmişdir. Bu iqtisadi qurum Sumqayıt Sənaye Zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. “Çörəkçi” brendi adı altında müxtəlif növ çörəklər , unlar, suxarı unları və kruassan  istehsal olunur.

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərində «Çörəkçi – 3″ firma mağazasının açılışı olub” yazısına bir cavab

  1. namiq deyir:

    Eziz is adamlari Universal elektrik shirketi sizi birge emekdashliqa devet edir. Obyektlerinizin,ofislerinizin ve evlerinizin tehlukesizliyini bize emanet ede bilersiniz. XIDMETLERIMIZ: elektrik techizati, kamera ve siqnalizasiya hemcinin avtomatlashdirma ve proqramlashdirma sistemlerinin qurashdirilmasi, market sistemleri,elektron satish ,pos sistemi,lokal shebeke sisteminin qurulmasi,internetin sifarishi ve s..
    Elaqe nomresi 055765-41-95
    077765-41-95

Şərhinizi yazın