Menu
Geri İrəli

Sumqayıtda “İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” adlı elmi konfrans keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2016 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur

14617690111383436276_1000x669Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də aprelin 27 –də Təhsil Nazirliyinin xətti ilə Azərbaycan Dövlət İqtisad Universiteti ilə birlikdə ”İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransdır.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri o cümlədən, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev də iştirak edib.

Universitetin rektoru, professor Elxan Hüseynov ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyat sahəsinə xüsusi diqqət ayırıb, onun bilavasitə rəhbərliyi və nəzarəti ilə aparılan uğurlu siyasət bu gün də öz müsbət nəticəsini verir. “Heydər Əliyev nəinki elmi, ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atıb, o Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir”, deyə rektor bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni iqtisadi yüksəliş başladı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib.

Konfrans öz işini iki gün bölmə iclaslarında davam etdirəcək.

Konfrans iştirakçılarının Bakı və Sumqayıt şəhərlərindəki tarixi və iqtisadi obyektlərə, Quba Soyqırımı Memorial Kompleksinə, Qobustan dövlət tarixi – bədii qoruğa səfərləri nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın