Menu
Geri İrəli

Sumqayıtda yaşayan Qubadlı rayonundan olan məcburi köçkün sahibkarların nəzərinə – ELAN

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2014 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur

sumqayit bes mertebeİqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

 İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il fevralın 27-də Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlıdan olan məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması və dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlarla müzakirələr aparılmış və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

* kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması;

* plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması;

* üzlük daş (tamet) istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

Sahibkarlığa Kömək Milli Fondu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın