Menu
Geri İrəli

Sumqayıtda zavod tikilir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 2,018 dəfə • Şərh yoxdur
Share Button

sumqayit-3Sumqayıt Kimya Sənaye Parkında pestisidlərin – bitkilərin mühafizəsindən ötrü vasitələrin istehsalı üzrə müəssisə inşa ediləcək.

Bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər.

Pestisid kimyəvi maddədir. Ondan meyvə-tərəvəzə ziyan verə bilən cücülərə qarşı istifadə edilir.

Nazirlikdən deyiblər ki, “Aqrokimya Azərbaycan” MMC zavodun inşasından ötrü 18 hektar ərazi ayırıb. Müəssisədə ildə 57 min ton maye və 13 min ton toz halında pestisid istehsal edilməlidir.

Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac ediləcəyi deyilir. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur.

Ancaq planlaşdırılan investisiyanın həcmi açıqlanmır.

“Aqrokimya Azərbaycan” MMC 2016-cı ilin aprelində təsis edilib. Şirkətin ofisi Gilan Holding Capital Towers mərkəzində yerləşir. “Aqrokimya Azərbaycan” MMC Sumqayıt Kimya Sənaye Parkının sayca 8-ci rezidentidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın