Menu
Geri İrəli

Süni qıtlıq yaradan bir şirkətə qarşı iş qaldırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

692939af7a1c40e365afeee594d599aa

“Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım yaradılıb
Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən  edilib.

 

Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın