Menu
Geri İrəli

Supermarket sahiblərinə güzəşt tətbiq edilməlidirmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2016 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

superarket“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”

Bir müddət əvvəl bəzi iri supermarket sahibləri vergi dərəcələrinin aşağı salınması üçün təklif irəli sürmüşdülər. Onların təklifində yerli istehsal olan sosial əhəmiyyətli gündəlik tələbat mallarının pərakəndə satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsi yer alırdı. Ancaq Vergilər naziri Fazil Məmmədov supermarketlərin əlavə dəyər vergisi  üzrə vergi güzəştləri ilə bağlı təkliflərinin həyata keçirilməsinin mümkün olmadığınl açıqladı.  

 


Bəs supermarket sahibləri bu təklifdə bulunmaqda nə dərəcədə haqlıdırlar, onlara hansı əsaslarla güzəşt olunmalıdır? Ümumiyyətlə, vergilər sistemində hansı islahat aparılmalıdır ki, bu, bütün biznes sahələrinin işini yüngülləşdirsin?

 


İqtisadçı Azər Mehdiyev vergi sistemində boşluqları aradan qaldırmaq üçün ciddi şəkildə araşdırmaya ehtiyac olduğunu bildirir: “Mən hesab etmirəm ki, supermarketlərə güzəşt olmalıdır və ya olmamalıdır. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Supermarketlərin müraciətlərində ciddi bir əsaslandırma yox idi. Sadəcə hesab olunurdu ki, devalvasiya zamanı qiymətlərin kifayət qədər artımına yol verilməməsi onları ciddi şəkildə ziyana salıb. Bunun da aradan qaldırılması üçün ƏDV aşağı salınmalıdır. Ancaq ümumiyyətlə, bu gün Azərbaycanda vergi sisteminin özünün tələblərə nə qədər uyğun olması, hansı verginin saxlanılıb, hansının azaldılıb-artırılması məsələsi artıq mübahisəli bir məsələyə çevrilib. Ona görə ki, indiyə qədər Azərbaycanda böyük neft gəlirləri dövlət büdcəsinin əsasını təşkil edirdi və dövlət ehtiyaclarını bunun hesabına qapaya bilirdi. Artıq neftin qiymətinin aşağı düşməsi şəraitində vergi sisteminin nə qədər səmərəli olması məlum deyil. Həm də vergi sisteminin ölkə iqtisadiyyatının inkişafını təmin etməsində ciddi problemlər ortaya çıxıb.

 

Bu baxımdan vergi sisteminə yenidən baxılmasına, xüsusilə zəif inkişaf etmiş qeyri-neft sektoruna malik ölkələrin vergi sisteminə uyğunlaşdırılmasında islahatlar aparılmasına ehtiyac var. Ancaq ticarət sitemində vergi necə olmalıdır? Burda sadələşdirilmiş vergidə, ƏDV-nin tətbiqində elementlərin necə olması sual doğurur.  Ona görə ki, xərclərin ödənilməsi məsələsi ilə bağlı zəncirin bütövlüyündə problemlər var. Söhbət ƏDV zəncirindən gedir. Təbii ki, buna görə də supermarket rəhbərlərinin təkilfləri araşdırılımalıdır. Narahatlıq yaradan məqamlar ortaya çıxarılmalıdır ki, onun həlli üçün addımlar atılsın.

 

Ümumiyyətlə, ƏDV-nə yenidən baxılmalıdır. Burda 2 problem var. Bir tərəfdən, həqiqətən də vergilərin ağırlıq məsələsi var. Elə biznes sahələri var ki, onlar tamamilə vergidən azad olunmalı, bu sahədə stimullaşdırma həyata keçirilməlidir.  Digər tərəfdən, hökumət üçün vergi yığılması, büdcənin müəyyən faizinin vergiylə təmin olunma problemi var. Problemin həlli uzunmüddətli yanaşma tələb edir. Əgər hökumət hər hansı sahəyə güzəşt tətbiq edirsə, bunu əsaslandırmalıdır. Azərbaycanda uzun müddətdir ki, məmur sahibkarların vergiləri rəsmi olaraq ödəməməsi problemi yaranıb. Çünki neft gəlirləri buna imkan vermir. Ona görə də indiyədək vergi sisteminin nə dərəcədə səmərəli olduğunu dəyərləndirmək mümkün olmayıb. Problemə kompleks və yeni yanaşma tətbiq olunmalıdır. Həmçinin, ƏDV zəncirinin bütövlüyünün təminatına diqqət yetirilməli və onun azaldılması məsələsi gündəmə gəlməlidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın