Menu
Geri İrəli

Tahir Mirkişili: “Azərbaycan tütün ixracından 130 mln dollar gəlir əldə edə bilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2016 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur
Share Button

Millət vəkili Tahir Mirkişili Azərbaycanın qeyri-neft potensialı ilə bağlı təkliflə çıxış edib.

tahir mirkisilisumqayitxeber.com xəbər verir ki, millət vəkili qeyd edib ki, tütnçülük çox gəlirli sahədir və vaxtilə ölkəmiz bu məhsulu bir çox xarici ölkələrə ixrac edib: “Bəzi məhsullar üzrə Azərbaycanın ixrac potensialını araşdırmağa çalışdıq. Diqqəti cəlb edən məhsullardan biri tütün oldu. Hazırda qlobal tütün bazarının həcmi 500 mlrd dollar dəyərindədir.

1980-ci illərin ortalarında Azərbaycanda hər il 65 min ton tütün yığılırdı. 1995-ci ildə bu rəqəm 11 min tona, 2014-cü ildə isə 3 min tona endi. Əgər 1995-ci ildə ölkədə 8 min hektarda tütün əkilirdisə, 2014-cü ildə bu rəqəm 1.1 min hektara qədər azalıb. Ölkənin daxili tələbatı 5-6 min ton miqyasında olduğunu nəzərə alsaq, bu sahənin Azərbaycana böyük valyuta gətirə biləcəyini görmək olar. Dünya qiymətləri ilə hesabladıqda 80-ci illərin ortalarındakı məhsuldarlıqla ölkə hal hazırda ildə tütün ixracından 130 mln dollar gəlir əldə edə bilər.
Bu bir daha göstərir ki, Azərbaycanın qeyri-neft potensialı kifayət qədərdir!”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın