Menu
Geri İrəli

Tahir Mirkişili: Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələrini yaratmaq üçün potensial mövcuddur

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2016 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

tahir mirkishili«Qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi vardır. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda 5 sənaye parkı və 1 sənaye məhəlləsi yaradılıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir Pirallahı sənaye parkları və Neftçala Sənaye Məhəlləsidir». Bu fikirləri yap.org.az saytına açıqlamasına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Onun sözlərinə görə, bir çox şəhərlərdə sənaye müəssisələri artıq mövcuddur.

«Məhəllələr yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunaraq qərar verilir. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcəkdir. Bu həm də dövlət siyasətidir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, ölkə Prezidentin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gəlməsi üçün əlavə stimullar yaratmışdır. Nümunə üçün Sumqayıt Kimya Texnologiyaları Parkını, bu parkda xarci investorların fəaliyyətini və bura cəlb olunmuş investisiyaları göstərmək olar. Bu nəticələr həm də bütövlükdə Sumqayıt şəhərinin sürətli inkişafına dəstək vermişdir. Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəgliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu həmdə yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir»- deyə, T.Mirkişili vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın