Menu
Geri İrəli

Tahir Mirkişili: “Ölkədə tamamilə yeni reallıqlara sahib olan biznes mühiti formalaşmaqdadır”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 549 dəfə • Şərh yoxdur
tahir mirkisili2«Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirmişdir». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, ilk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaradılıb. Onun sözlərinə görə, dövlət rüsumlarına edilən dəyişiklilər sahibkarlıq fəaliyyətinin həm də xərclərini azaltmaqla bu fəaliyyəti daha əlçatan etmişdir.
«Xarici investorların cəlb edilməsi məqsədilə tətbiq edilən güzəştlər Azərbaycanın regional olaraq daha cəlbedici ölkə statusuna sahib olmağa imkan yaratmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan ölkələrarası üçtərəfli əməkdaşlıq formatı, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın həm də dünya miqyasında qlobal iqtisadi mərkəzlər arasında kommunikasiya rolunu artırmışdır. Bütün bunlar ölkədə tamamilə yeni reallıqlara sahib olan bir biznes mühit formalaşdırmaqdadır»- deyə, deputat qeyd edib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın