Menu
Geri İrəli

Tahir Mirkişili: “Regionlarda iqtisadiyyatın inkişafı çox vacibdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

received_10153490835832695“Dövlətin bu istiqamətdə xüsusi proqramı var və investisiya xərcləri vasitəsilə regionlarda infrastrukturun müasir şərtlərə cavab verməsi üçün xeyli iş görülüb”. Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, növbəti addım investisiyaların cəlb olunması, istehsalın təşkili və satış bazarlarının tapılmasıdır: “Hər bir rayon bu məsələdə çox maraqlı olmalıdır və aralarında rəqabət yaranmalıdır. Çünki cəlb olunacaq hər bir manat investisiya məhz bu rayonda yaşayan insanların iqtisadi və sosial yaşayış səviyyəsinin artırılmasına səbəb olacaq. Dövlət başçısı da rayon icra hakimiyyətlərinin bu istiqamətdə fəaliyyət göstərməsini tapşırdı. İcra hakimiyyətlərinin bu proseslərə qoşulması çox təqdirəlayiq haldır. Yerli üstünlüklərdən istifadə əlavə imkanlar yaradacaq”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın