Menu
Geri İrəli

“Technol” şirkətinə Korporativ Satış Meneceri tələb olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 674 dəfə • Şərh yoxdur
Share Button

is ofisTechnol şirkəti sizi öz gənc və enerjili kollektivinə qoşulmağa dəvət edir! Bəyan edirik ki, biz bütün namizədlər üçün bərabər şərait yaradırıq və işə qəbul və seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik.  Bütün vakansiyaları şirkətin rəsmi internet səhifəsində yerləşdiririk. Namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət edə bilirlər.

Technol-in işgüzar həyatına və peşəkar kollektivinə Siz də qoşulmaq istəyirsinizsə aşağıda təklif olunan vakansiyaları nəzərdən keçirin, bilik və bacarıqlarınız üyğun gəldiyi vakansiyaya müraciət edin.

Sizi maraqlandıran suallarınızı cv@technol.az ünvanına göndərə bilərsiniz.

VAKANSİYA

Korporativ Satış Meneceri
Tam iş günü. Həftə içi 6 gün.
Əmək haqqı 800-1000 AZN

Vəzifələri

-Technol şirkətinin korporativ satış meneceri və müştərilər üçün koordinator rolunu icra etmək
-Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq
-Sifarişlər, problemlər, hesabatlar və s. daxil olmaqla müştərilərlə əlaqəli bütün məsələləri həll etmək
-Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək;
-Əvvəlcədən müştəri ehtiyaclarını araşdırıb, onları qarşılamaq üçün hazır olmaq
-Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və Kommersiya direktorunu müvafiq qaydada məlumatlandırmaq
-Vaxtında aylıq satış hesabatlarını hazırlamaq
-Şirkətə yeni daxil olmuş məhsulları təhlil etmək və ən effektiv yollarla müştəriləri məlumatlandırmaq
-Borcların toplanması üçün məsul şəxs rolunu icra etmək; gecikmiş borclar/müştəri problemləri barədə məlumat vermək
-Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq

Tələblər

-Korporativ satış sahasində iş təcrübəsi, Avtomobil və Sənaye yağları, ehtiyat hissələri satışı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
-Əla satış və müştəri xidməti bacarıqları
-Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
-Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı
Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
-Ali təhsil
Namizədlər üçün maksimal yaş məhdudiyyəti: 40 yaş

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın