Menu
Geri İrəli

Unibankdan real sektora 20 milyonluq dəstək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

business (1)

Dünyanın tanınmış maliyyə qurumlarından olan İNG Group Unibank-a 20 milyon ABŞ dolları həcmində kredit ayırıb. Vəsait biznes layihələrinin maliyyələşdirilməsinə və ölkə iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək.

Qeyd edək ki, ölkə bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün də reytinqi B “stabil”dir. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır.

Xatırladaq ki, “Fitch Ratings” agentliyi Unibankın reytinqini yüksəldən zaman, kredit portfelinin artımını, yüksələn gəlirliliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.

Unibank-hər kəsin bankı!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın