Menu
Geri İrəli

Vyanada tarixi qərar – NEFTİN QİYMƏTİ SÜRƏTLƏ ARTIR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur

Bu gün dünya birjalarında neft sürətlə bahalaşır. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti gün ərzində 8,3% artıb və 50,5 dollara çatıb. Halbuki gün başlayarkən bu markalı neftin bir bareli 46,5 dollar idi.

Bahalaşma Texas neftində də özünü göstərir və bu markalı neftin bir barelinin dəyəri 4 dollardan çox artaraq 50 dollara yaxınlaşıb.

Qeyd edək ki, bu gün Vyanada OPEK ölkələrinin hasilatın həcminin tənzimlənməsi ilə bağlı görüşü keçirilib. Görüşdə OPEC ölkələrinin neft istehsalını gündə 1,2 milyon barel azaltmağı barədə qərar qəbul edilib. Beləliklə bundan sonra dünyada bazara çıxarılacaq “qara qızıl”ın həcmi 32,5 milyon barelə düşüb.

OPEK-in toplantısında əsas müzakirə mövzuları İranın bir vaxtlar dünya bazarında itirdiyi mövqelərini geri qaytarmaq üçün hasilatı artırmaq istəyi və Səudiyyə Ərəbistanının ixracını azaltmamaq israrı ilə bağlı olub. Bununla belə OPEK-də ümumi fikrə gəlinib ki, bir çox ölkələrin yaşadığı problemlərlə bağlı dünya bazarına çıxaracağı neft azalacaq və bu bazarda tələbin təklifi üstələməsinə gətirib çıxaracaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın