İrəvan sakinləri Sarkisyana qarşı - Etirazçılar yolu bağladı (CANLI YAYIM)

2559

“Vətəndaş müqaviləsi” birliyi partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə İrəvanda Baqramyan prospektini bağlayıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, onlar yolda oturaraq avtomobillərin hərəkətinə mane olurlar.
İşə tələsən ermənilər isə yaranan vəziyyətə görə narazılıqlarını bildirirlər. Paşinyan narahatlığa görə üzr istəyib, amma eyni zamanda qeyd edib ki, siyasi aksiya davam etdirilir:

“Biz narahatlıq verdiyimiz vətəndaşlardan üzr istəyirik. Lakin bu balaca narahatlıqla daha böyük narahatlıqdan – Serj Sarkisyan və Respublikaçı Partiyasından yayınmağa çalışırıq”.

O, həmçinin qeyd edib ki, tezliklə digər küçələr də bağlanacaq. Polis aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər