İrəvana zirehli texnikalar yeridildi, vəziyyət gərginləşir – CANLI YAYIM

2257

Ermənistanın paytaxtı İrəvanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etirazlar davam edir.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, “Mənim addımım” təşəbbüsünün rəhbəri Nikol Paşinyanın liderliyi ilə etirazçılar paytaxtın Toqran Meç prospektini bağlayıblar.

Onlar prospektdə yerdə oturaraq avtomobillərin hərəkətinə mane olurlar. Bu da sürücülər və etirazçılar arasında gərginliyə səbəb olub. Paşinyan yaranan narahatlığa görə sürücülərdən üzr istəyib.

Bunan əlavə paytaxtın Baqramyan prospektinə zirehli texnikalar yeridilib, digər küçələrə isə tikanlı məftillərlə sədlər çəkilib.

Qeyd edək ki, Ermənistan polisi İrəvandakı aksiyalarda iştirak edən 29 nəfəri saxlayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər