İREX elan edir: Jurnalistlər “İcma Məlumat Mərkəzləri”nin imkanlarından istifadə edə biləcəklər

1078

logoIREX təşkilatının Azərbaycan nümayəndəliyi mediaya yardım proqramı çərçivəsində onlayn jurnalistika ilə bağlı yeni layihəyə başlayır. Bu barədə www.sumqayitxeber.com saytına təşkilatın Sumqayıt ofisinin nümayəndəsi Günel Rəcəbova məlumat verib.
Bununla bağlı nümayəndəlik Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Bərdə, Quba, Zaqatala, Tovuz, Şəki, Sumqayit, və s.) fəaliyyət göstərən jurnalistləri əməkdaşlığa dəvət edir.
Layihəyə yaxın vaxtda start veriləcək. Layihədə iştirak edəcək jurnalistlərdən yaşadıqları regionla bağlı müxtəlif jurnalist araşdırmalarını, hadisələrin foto və video çəkilişlərini onlayn mühitə yerləşdirmək qabiliyyəti tələb olunur. Yerli jurnalistlər yaşadıqları yerlədə fəaliyyət göstərən “İcma Məlumat Mərkəzləri”nin imkanlarından istifadə edə biləcəklər.
Layihədə iştirak edəcək şəxslər üçün əlavə təlimlər keçiriləcək və onların fəaliyyətləri qonorarla qiymətləndiriləcək.
Maraqlanan şəxslər aşağıdakı e-mail və telefonla əlaqə saxlaya bilərlər:
shainabbasov@mail.ru
(012) 4973529 (119-daxili)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər