İş adamı ticarət mərkəzində yandı - Azərbaycanda

1133

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.

sumqayitxeber.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər