İşdən çıxarılan icra başçısı: “Nahara getmişdim, qayıdanda dedilər ki…”

1728

Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona elə indi məlumat veriblər. Modern.az-ın məlumatına görə, 75 yaşlı eks-icra başçısı deyib:
“Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”.
Qeyd edək ki, bu gün prezident İlham Əliyev Tovuz rayon İcra Hakimiyyətinin basmışı Tofiq Zeynalovu vəzifədən azad edib.

Prezidentin digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər