İşdən gələndə Sumqayıtda dəhşətli hadisənin qurbanı oldu - 5 gün sonra ad günü olacaqdı

1997

Ötən gecə Bakı-Quba yolunun 33-cü kilometrliyində – Sumqayıt ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, 22 yaşlı Spartak Cəbiyevin idarə etdiyi “Kamaz” markalı yük maşınının altında qalaraq vəfat edən Elvin Ağayevin 5 gün sonra, yəni noyabrın 11-də ad günü olacaqmış. O, gecə saatlrında işdən qayıdarkən digər piyada 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli ilə birgə yük maşınının altında qalıb. E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli isə Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

09:25

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, magistralın 33-cü kilometrliyində – Sumqayıt ərazisində Spartak Cəbiyev idarə etdiyi “Kamaz” markalı yük maşını ilə yolu keçməyə çalışan piyadaları vurub. Nəticədə Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada, 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər