“İşğaldan azad olunan rayonlarda AzTV-nin büroları yaradılacaq” – SƏDR

568

“İşğal olunmuş ərazilərdə bürolarımızın yaradılması istiqamətində işlər gedir”.

Lent.az məlumat verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib. O qeyd edib ki, ancaq hazırda bu mümkün deyil:

“Çünki işğal altından azad olunmuş ərazilərdə təmizləmə aparılır. Müvafiq işlər bitdikdən sonra bu istiqamətdə addımlar atılacaq”.

R.Məmmədov qeyd edib ki, AzTV-nin 2021-ci ildən HD yayıma keçməsi üçün işlər aparılır:

“Yanvar ayının ilk 10 günlüyündə efir otağında HD yayıma keçəcəyik. 10-dan çox studiya təqdim etmişik. Televiziyanın uğurunun 60 faizdən çoxu gözəl studiyalarla bağlıdır. 4K sistemi ilə işləyən efir otağı yaratmışıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər