"İşim ağırdır" - Qurban Qurbanov "Qarabağ"dan AYRILIRMI? - ÖZÜ AÇIQLADI

143

Azərbaycan millisinin və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Region Plus” jurnalına müsahibə verib. Publika.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Qarabağ” komandasındakı postundan ayrılmaq fikrində olmadığını bildirib.

Bu ilin yayına qədər “Qarabağ”la bağladığı müqaviləsinin müddətini uzadan baş məşqçi milliyə təyin edildikdən sonra Ağdam klubundan ayrılmasına dair yayılan iddialara aydınlıq gətirib:

“Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə də rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli komandalarıdır. İşim ağırdır, ancaq klubdan ayrılmaq barədə fikrim yoxdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər