İsveçrənin Azərbaycandakı səfiri Sumqayıtda olub – FOTOLAR

619

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder  Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri və investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Qeyd olundu ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, nvestorlar üçün cəlbedici güzəştlər mövcuddur.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder qeyd edib ki, İsveçrə şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Səfir İsveçrə şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu,  həmçinin bir neçə İsveçrə şirkətinin artıq Sumqayıt Kimya Sənaye Parkına investisiya qoyduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

sefir-1sefir-3sefir-5

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər