İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri “Sumqayıt Kimya Sənaye Parkı” ilə əməkdaşlığı müzakirə edib

1294
İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi və İtaliyanın LUCYPLAST şirkətinin nümayəndələri mayın  “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində olublar. Bu barədə Sumqayıt Kimya Sənaye Parkından fins.az-a məlumat verilib. Məlumatda bildirilir ki, qonaqlara ölkədə münbit investisiya imkanları və sənaye parklarının üstünlükləri, Azərbaycanda ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı barədə, burada rezidentlər üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, investorlar üçün güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib.

Daha sonra İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri diqqətə çatdırıb ki, İtaliyanın LUCYPLAST şirkəti SOCAR Polymerlə birgə Sumqayıt Kimya Sənaye Parkında yeni layihə həyata keçirəcək. Layihə çərçivəsində SOCAR Polymerin tullantılarının təkrar emalı və kənd təsərrüfatı üçün taraların istehsalı nəzərdə tutulur. Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, SOCAR Polymer zavodunun ətrafında yeni növ məhsulların istehsalını həyata keçirəcək bir çox kiçik və orta müəssisələrin yaradılması nəzərdə tutulur ki, bu da ərazidə sənaye klasterlərinin yaranmasına gətirib çıxaracaq. Sənaye klasterlərinin yaradılması ölkədə kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər