İtkin düşən alpinistlərin axtarışında böyük risk

1007

Alpnistlərin axtarışları dayandırılmalıdır, çünki ərazidə yüksək uçqun təhlükəsi var.
Bunu helikopterlə aparılan axtarış qrupunda iştirak edən dağçı, alpinist Aleksandr Nəcəfov Bizimyol.info saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, itkin düşən dağçılarla bağlı müəyyən izlər axtarmaq üçün helikopterlə axtarışlar aparılsa da, bu günə qədər heç bir izə rast gəlinməyib.

 

“Çox təəssüflə deyirəm ki, hazırda axtarışlar aparmaq mənasızdır. Çünki bizim dərələrdə işləmək böyük riskdir. Hər zaman uçqun təhlükəsi yarana bilər”,- deyə o bildirib.

“Alpinistlərin üzərində çiplər və bu kimi xüsusi avadanlıqlar olmayıb. Çiplərdən xizəkçilər istifadə edirlər. Alpinistlərin axtarışı üçün istifadə olunan xüsusi əməliyyatların keçirilməsi onlara tətbiq olunmur. İndiki təhlükəli vəziyyətdə V şəklindəki dərələrdə onların axtarışları çox təhlükəlidir, belə bir şəraitdən ancaq təcrübəli alpinistlər baş çıxara bilərdilər”, – deyə o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər