Bakıda itkin düşən şəxsin Sumqayıtda meyiti aşkarlandı

1180

Sumqayıtda meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib.

ONA-nın məlumatına görə, P. Quliyev fevralın 22-də metronun “Azadlıq” stansiyası yaxınlığında itkin düşüb.

Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

 

Saat 13:26

***

 

Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, “Mayak” adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər